
Dünən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatı guya ki, erməni tərəfindən açılmış atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu öldürülüb, həqiqətə uyğun deyil.
DQR MN mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:
“Azərbaycan tərəfinə hərbi qulluqçunun ölüm səbəblərini öz ordusundakı kişilerarası qeyri-nizamnamə əlaqələrində axtarmağa tövsiyə edirik.
Bundan əlavə, yanvarın 15-dən 16-na keçən gecədə Qarabağ-Azərbaycan münaqişə qoşunlarının təmas xəttindә rəqib atəşkəs rejimini intensiv şəkildə pozmaqla müxtəlif çaplı atıcı silahlardan,o cümlədən 60 və 82 millimetrlik minaatanlardan istifadə edib. MO-nun şərq və şimal-şərq istiqamətlərindəki mövqelərimizə 60 millimetrlik minaatandan 51, 82 millimetrlik minaatandan isə, 3 mina atılıb.
Müdafiə Ordusunun cəbhə birləşmələri rəqibin fəaliyyətini yatırmaq üçün cavab tədbirlər görüblər. Ön cəhbhədəki vəziyyətin daha da gərginləşdirilməsinin bütün məsuliyyəti Azərbaycan tərəfinindir. Rəqibin bu cür davranışı davamlı olarsa, MO tərəfindən görülən tədbirlər daha da ağır olacaqlar”.