Fuad Əhmədlinin şikayəti təmin edilmədi
Əsabəli Mustafayev: “Həbsin uzadılması əsassızdır”
Yanvarın 16-da Bakı Apelyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədlinin həbsinin martın 12-nə qədər uzadılmasından verilmiş şikayəti təmin etməyib.
Bu barədə onun vəkili Əsabəli Mustafayev “Turan”-a deyib. O, həbsin uzadılmasını əsassız adlandırıb:
“Fuad Əhmədlinin səhhətində problemlər var. İstintaq təcridxanasında isə onun müalicəsi üçün şərait yoxdur”.
Fuad Əhmədli 2016-cı ilin avqustunda Türkiyəli ilahiyyatçı Fətullah Gülənlə əlaqələrdə ittiham olunaraq həbs edilib. Ona qarşı işlədiyi “Azərfon” mobil rabitə şirkətinin abunəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı irəli sürülüb.
Sonradan onun işi Azərbaycanda Gülənin təmsilçisi kimi dini ayrı-seçkilik salmaq haqqında ittihamla həbs olunmuş Faiq Əmirovun işi ilə bir icraatda birləşdirilib.