Jurnalistlari müdafiə komitəsi Belarusu Artsaxa səfər edmiş bloqeri azad etməyi tövsüyyə edir

Jurnalistləri müdafiə komitəsi Belarus hakimiyyətini Rusya və İsrail vətəndaşı bloqer Aleksandr Lapşini azad etməyi tövsüyyə edir. Azərbaycan Minskdə həbs edilmiş Lapşinin ekstradisiya olunmasını tələb edir. Minsk polisi 2016-cı ilin dekabrın 15-də Moskvada yaşayan məşhur rusca Travel Blog üçün çalışan Lapşini həbs edib. O, Azərbaycan tərəfindən 2011-ci ilin aprelində, 2012-ci ilin okyabrında və 2016-cı ilin iyununda Dağlıq Qarabağa səfər etmək, həmçinin öz bloqunda Azərbaycanın siyasətini tənqid etmək üçün axtarılır. Azərbaycan 2011-ci ildə onu axtarılan insanlar siyahisinə daxil edib. Jurnalistləri müdafiə komitəsinin bəyanatında qeyd edilir ki, Azərbaycan və Belarus yaxın diplomatik münasibətlərdədirlər. Belarusun baş prokuroru isə, yaxın günlərdə bəyan edib ki, bloqerin ekstradisiya olunması haqqında Azərbaycanın tələbini araşdırır.
“Aleksandr Lapşin öz fikirini bildirmək, ya da mübahisəli əraziyə səfər etmək üçün həbs edilməməlidir. Biz Belarus hakimiyyətinə şərtsiz olaraq bloqeri azad etməyə və evə qayıtmasına icazə verməyə çağırırıq”,- deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru qeyd edib. Yanvarın 12-də blogerlə İsrailin baş konsulu görüşüb. Lapşinin qadını Ekaterina Kopilova İsraildəki Haarets jurnalına bəyan edib ki, diplomatın sözlərinə görə, Lapşinin səhhəti yaxşı deyil, Belarusun vəzifəliləri isə, ondan könüllü olaraq ekstradisiyaya razı olmasını tələb edirlər. Jurnalistləri Müdafiə Komitəsi xatırladır ki, Azərbaycan 180 jurnalisti Dağlıq Qarabağa səfər etdikləri üçün arzu olunmaz insan olaraq bəyan edib. Ümumiyyətlə Azərbaycanın XİN-nin bu siyahisinə 623 nəfər daxil olunur.