“Qarabağ Azərbaycanın deyil”: Erməni gənclərin etiraz aksiyası

Belarusun Ermənistan Respublikasındakı səfirliyinin qarşısında bu gün yanvarın 16-da Belarusun İsrail vətəndaşı Aleksandr Lapşini Azərbaycana ekstradisiya niyyətinə qarşı etiraz aksiyası keçirilib.
NEWS.am-in verdiyi məlumatlarına görə, aksiya iştirakçıları səfirliyin qarşısında “Qarabağ Azərbaycanın deyil”, “Əliyev hökumətinə dəstək olmayın” deyə çağırırlardı və səfirlə görüşüb ona etiraz məktubu vermək istəyirlərdi. Lakin səfir gəlməyib və etirazçılar etiraz məktubunu qapıda buraxıblar. Sonra isə, “Ayıb, ayıb!” bağıraraq getdilər.
EDP-nın Gənclik Qolları üzvü NEWS.am ilə söhbətində aksiyanın davamlı olacağını qeyd etdi. “Səfirliyə verdiyimiz məktubda Azərbaycan tərəfindən insan hüquqlarının pozulmasını yazdıq. Əgər bu aksiyanın bir nəticəsi olmazsa, biz yeni addımlar atmağa hazırıq”.
Xatırlataq ki, A.Lapşin 2011-2012-ci illərdə Artsaxa etdiyi səfərdən sonra Azərbaycanın qara siyahısına daxil edilmişdi, lakin 2016-cı il iyun ayında o Ukrayna pasportu ilə Azərbaycana getdi. Sonra isə, Azərbaycan hakimiyyəti haqda tənqidi məqalə yazdı.