“Söz ermənilər ya da kürdlər haqqındadır Türkiyədə islamçılar, kemalistlər və millətçilər birləşib”: Karo Paylan

Türkiyənin kürdpərəst Demokrat Xalq Partiyasının üzvü,Türkiyənin Milli Məclisində erməni deputat Karo Paylan Twitter səhifəsində skandallı çıxışından sonra ona qarşı yönəldilmiş tənqidləri şərh etdi. “Söz ermənilər ya da kürdlər haqqındadır Türkiyədə islamçılar, kemalistlər və millətçilər birləşib”- deyə Karo Paylan yazıb.
Xatırlataq ki, Türkiyənin Milli Məclisində Konstitusiya dəyişiklikləri ilə bağlı layihənin müzakiərləri zamanı Karo Paylan Erməni Soyqırımı haqqında xatırladıb.Paylan xüsusən vurğuladı ki, Türkiyənin çoxmillətli cəmiyyətinin bütün təbəqələrinin hüquqlarını qoruyan Konstitusiya lazımdır.
Paylan xatırladı ki, Türkiyədə Konstitusiyanın birinci nüsxəsi ermınilər tərəfindən təqdim edilib. Karo Paylan qeyd etdi ki, hökumət yalnız türklərin maraqları ilə bağlı nümunələr təqdim etməyə başladıqdan etibarən ölkə xaosdadır. Bu xaos dövründə biz erməniləri, yunanları, asuriləri və yəhudiləri itirdik. Onlar böyük qırğınlar və soyqırımlar nəticəsində bu torpaqlardan ya sürgün edildilər ya da işgəncəyə məruz qaldılar”- deyə Paylan qeyd etdi.
Türkiyədə hakim olan “Ədalət və İnkişaf” və “Milli hərəkat” partiyasının millət vəkilləri “Müttəfiqlər terrorizm” və “ erməni üsyanları” qışqıraraq, erməni milət vəkilinin çıxışını kəsiblər. Paylanı müxtəlif Cümhuriyyət Xalq Partiyası nümayəndələri həmçinin tənqid ediblər.
“Soyqırım” termini üçün Karo Paylan cəzalanaraq, növbəti 3 sessiyalarda iştirak etmək hüququndan məhrum edilib.Paylanın sözləri sessiya protokollarından çıxarılıb.