Beynəlxalq

ATƏT-in Almaniya sədrliyinin bəyanatı rəsmi Bakının iddialarını təkzib edir

ATƏT-in Almaniya sədrliyinin bəynatı rəsmi Bakının iddialarını təkzib edir.

ATƏT-in Almaniya sədrliyinin dekabrın 31-də Almaniya səfiri Eberhand Polun etdiyi bəyanatında aydın şəkildə qeyd olunur ki, ATƏT-in Yerevandakı ofis mandatının uzadılmasını blok etmək üçün Azərbaycan tərəfinin “səbəbləri” əsassızdırlar.

ATƏT-in Almaniya sədrliyinin bəyanatında deyilir:

“Bildiyimiz kimi, Hazırlıq Komitəsində Yerevanda ATƏT-in ofisinə, Özbəkistanda Proqram koordinatoruna, Tacikistandakı ofisinə, Bişkekdəki mərkəzinə, iki rus sərhəd keçidində müşahidə missiyası mandatının uzadılmasına, o cümlədən 2016-cı ildə Kollektiv büdcənin yenidən baxılmasına dair konsensus əldə edəbilmədik.

Bütün bu qərarlarda konsensusa çatmaq üçün ATƏT-in Yerevandakı ofisinin gündəmindəki bir layihə maneə olur. Müzakirələrimiz zamanı nümayəndə həyetlərindən biri narahatlığını ifadə edib ki, humanitar minatəmizləmə sahəsində nəzardə tutulan bu layihə ofisin mandatına ziddir. Sizə məlumatlaşdırmaq istəyirik ki, 2016-cı il kollektiv büdcə ilə bağlı müzakirələrdən sonra Almaniya sədriliyi öz xüsusi nümayəndəsi Bexeri bu layihənin fəaliyyətini araşdırmaq üçün Yerevana göndərib. Bexerin etdiyi araşdırmaya görə, biz, bu layihənin ofis mandatına zidd olmadığını gördük.

Avstriya sədrliyi ilə bu istiqamətdə çalışırıq. Təəssüf ki,indiyədək Yerevandakı ofis mandatının uzadılmasında razılığa gəlmədik, lakin hamımız üçün də məqbul olan qərarı tapılmışdı.

Digər məsələlər sadəcə prosessualdırlar. Əminik ki, bunların da həlli tapılacaq. Anlayırıq ki, beləliklə hazırda blok olunmuş qərarların qəbulləndirməsi mümkündür. Biz, bu qərarlar mandatlarının qəbulləndirilməsinə əsasən Baş katibinə hazırda bu misyaların qapatma proseslərini qapatmamağa tövsiyə edirik.

Deməlidir ki, sahə missiyaları bu təşkilatın xüsusi dəyərləridirlər və onların düzgün işləməsini təmin etməliyik. Vurğulamaq istəyirim ki, sahə missiyalarının layihələri və fəaliyyəti büdcə müzakirələri çərçivəsində qaldırılmalı, müzakirə olunmalıdır. Bu baxımdan vəziyyətin xüsusiliyini qeyd etməliyim, ki bu, mandatların gələcək uzadılmalarında bir nümunə olmasın.

Narahat edicidir ki, iştirakçı ölkələrindən bəziləri münaqişlər şəraitlərində olduğuna baxmayaraq ATƏT-dən daha çox fayda görürlər və kompromisə hazır deyillər.Əgər bu yanaşma davamlı və ya ümumi bir funksiya olarsa, ATƏT-i iflic edə bilər”,-deyə bəyanatda deyilirdi.

 

Daha çox göstər
Back to top button