Siyasət

Erməni hərbçilər Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər

Erməni və gürcü hərbçilər Saçxeridə keçirilən 25 günlü təlimlərdə iştirak edirlər. Bu haqda Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Erməni hərbçilərin iştirak etmə qərarı Ermənistan Müdafiə naziri Vigen Sarkisyanın ötən il dekabr ayında Tbilisiyə etdiyi səfər zamanı qəbul edilmişdi. Erməni və gürcü hərbçilərdən başqa təlimlərdə Litvadan və Fransadan gəlmiş 14 hərbçi də iştirak edir.

Qış təlimləri iki mərhələdən ibarətdir. Hərbçilər Orfolo poliqonunda atışma taktiklərini yaxşılaşdıracaqlar. Ikinci mərhələdə isə, hərbçilər Qudauridakı xizək mərkəzinə gedəcəklər. Orada onlar bir neçə təlimlərə qatılacaqlar və sonunda onlara sertifikatlar və döş nişanları veriləcək.

Saçxerdəki hərbi təlim məktəbi 2004-cü ildə qurulmuşdu. 2010-cu ildə NATO-nun Şimali Atlantika Şurasının qərarı ilə məktəbə NATO-nun Təhsil və Tədris Mərkəzi statusu verilib.

Daha çox göstər
Back to top button