İctimaiyyət
Türk tədqiqatçılar Ermənistanın Milli Arxivindəki sənədlərlə maraqlanır

Əcnəbi mütəxəssislər Ermənistanın Milli Arxivində saxlanılan sənədlərlə maraqlanır. Mətbuat konfransında Ermənistanın Milli Arxivinin müdiri Amatuni Virabyan qeyd edib ki, hər il 10-15 yadelli mütəxəssis arxivi ziyarət edir. “Müxtəlif ölkələrdə alman, ingilis, fransız, rus, italyan tədqiqatçılar gəlirlər. Başlanğıçda əcnəbi tədqiqatçılar Erməni soyqırımı ilə bağlı sənədlərlə maraqlanırdı, amma son iki ildə Sovet Ermənistanı dönəmi ilə əlaqədər sənədlərlə də maraqlanırlar.Görmək istəyirlər ki, Moskvada baş tutan olaylar və inkişaflar uçqar respublika olan Ermənistana necə təsir göstərdi”,- deyə Amatuni Virabyan qeyd edib. Milli arxivin müdiri həmçinin qeyd edib ki, arxivdə saxlanılan materiallarla türklər də maraqlanır. Önun məlümatlarına görə, arxivi hər ildə 1-2 türk tədqiqatçı ziyarət edir. Onlar Erməni Soyqırımı ilə bağlı sənədlərlə maraqlanırlar. Bundan başqa Ərzrum, Karin, Sebastiya barədə sənədləri də diqqət mərkəzində tuturlar. Milli arxivin müdiri qeyd edib ki, türk tədqiqatçıları Kars ilə çox maraqlanır. |