İdman

Vyana məhkəməsi Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisini axtarır

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat Olimpiya çempionu, Peter Zayzenbaherin həbsi barədə qərar çıxarıb.

Məlumatda pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssisin beynəlxalq axtarışa verildiyi də qeyd olunub. Səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Məhkəmə bəyanatına görə, həbs etmə icazəsi 2016-cı il dekabrın 19-da verilmişdi, çünki sabiq məsqçi indi isə, Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi məhkəməyə gəlməmişdi.

“Məlumatın mediyada yayılmama qərarı alınıb, ki axtarış işləri problemsiz keçirilsin”,-məhkəmədə qeyd edildi.

Məhkəmə nümayəndəsi Kristina Zalcborn bildirib ki, günahlandırılan bütün dünyada axtarılır.

Bu olaylar 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində baş vermişdi. O zamanlarda Zayzenbaher Vyanada çalışırdı.

Daha çox göstər
Back to top button