ABŞ-nın dövlət departamenti Azərbaycana söz və mətbuat azadlığını xatırlatdı

ABŞ-nın Dövlət departamentinin sözçüsü jurnalistlərə brifinqdə Belarusda həbs edilmiş bloger Aleksandr Lapşinin məsələsinə toxundu.
“Armenpress”-in bildirdiyinə görə, brinfinqdə jurnalist ABŞ Dövlət Departamentinin saxlanılan blogerin izlənib -izlənmədiyi barədə soruşdu.
“Əgər söz ekstradisiya tələbləri haqqındadırsa, bu məsələ üzrə hadisə ilə əlaqədar ölkələr danışmalıdır.
Şübhəsiz ki, mətbuat azadlığı bizim üçün çox əhəmiyyətlidır və biz bu haqda daim danışırıq”- deyə Kibri qeyd etdi.
O bildirdi ki, Amerika mətbuat azadlığı məsələsi üçün həmişə narahatdır.
Xatırlataq ki, Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılıb. Lapşin Moskovada yaşayır və rusca Travel Blog üçün yazır.
O, 2011-ci ilin aprel ayında, 2012-ci ilin oktyabr ayında və 2016-ci ilin iyun ayında Dağlıq Qarabağ Respublikasına getdiyi üçün Azərbaycanın “qara siyahısi”nə daxil edilib.
Rəsmi Bakı Belarus hakimiyyəytindən Lapşinin ekstrasiya olunmasını tələb edir.