Siyasət

Azərbaycan hökuməti Rolls Royce şirkətindən rüşvət alıb; növbəti korrupsiya qalmaqalı

Rolls Royce 3 ölkəyə 800 milyon dollar rüşvət cəriməsi ödəyəcək.

ABŞ-ın Ədliyyə Nazirliyi İngiltərənin avtomobil istehsalçısı Rolls Royce-ın xarici hökumət səlahiyyətlilərinə rüşvət verdiyi səbəbilə üç ölkəyə 800 milyon dollar ödəyəcəyini açıqlayıb.

Rolls Royce ABŞ, İngiltərə və Braziliya hökumətlərinə cəmi 800 milyon dollar cərimə ödəməyi qəbul edib. Bunun təxminən 605 milyon dolları İngiltərəyə, 170 milyon dolları ABŞ-a, 25 milyon dolları Braziliyaya ödənəcək. Bu üç ölkədəki rüşvətxorluqla mübarizə çərçivəsində aparılan istintaqlar şirkətin 2000-2013-cü illərdə xarici hökumət səlahiyyətlilərinə dövlət tenderlərində qalib olmaq qarşılığında 35 milyon dollar rüşvət verdiyi ortaya çıxarılıb.

Rolls Royce-ın günahını qəbul etdiyi bildirilən açıqlamada Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Angola, Malayziya, Nigeriya və İraqın hökumət səlahiyyətlilərinin şirkətdən rüşvət aldığı göstərilib.

Şirkətin London birjasında əməliyyat olunan səhmləri rüşvət istintaqının başa çatmasının ardından 6% dəyər qazanıb.

Rolls Royce-ın Azərbaycanda rəsmi dileri və nümayəndəsi “Improtex Motors” MMM-in rəhbərliyi altında fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ilk “Rolls-Royce Motor Cars Baku” salonunun rəsmi açılışı 2014-cü  ilin oktabr ayında olub.

Rolls-Royce avtomobillərlə bərabər sərnişin təyyarələri, eləcə də hərbi təyyarələr üçün mühərriklər istehsal edir.

Daha çox göstər
Back to top button