Siyasət
Erməni hərbçilərə qarşı 490-dən artıq atəş açılıb
Qarabağ-Azərbaycan münaqişə qoşunlarının təmas xəttindә rəqib atəşkəs rejimini 45 dəfə pozub. Bu haqda DQR Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
DQR MN bəyanatında deyilir: “Yanvarın 17-dən 18-nə keçən gecədə Qarabağ-Azərbaycan münaqişə qoşunlarının təmas xəttindә rəqib atəşkəs rejimini 45 dəfə pozmaqla müxtəlif çaplı atıcı silahlardan, o cümlədən iri çaplı snayper tüfənglərindən erməni hәrbçilәrә qarşı 490-dən artıq atəş açıb. Azərbaycan silahlı bölmələri şimal istiqamətində lüləaltı qumbaraatandan da istifadə edib.
Müdafiə Ordusunun cəbhə birləşmələri əməliyyat-taktiki vəziyyətə nəzarət edərək döyüş tapşırığını inamla yerinə yetriməyi davam edirlər.