
Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili problemi olmadığına dair bəyanatı reallığı göstərir və Azərbaycanın siyasi rəhbərliyinə bir xatırlatmadır.
Bu haqda ER Parlamentinin deputatı, xarici əlaqələr daimi komitəsinin üzvü Tevan Poğosyan bildirib. “Bu bəyanat Rusiya xarici işlər naziri tərəfindən bir xatırlatma idi, ki Azərbaycan rəhbərliyi münaqişəni öz daxili problemi olaraq görməsin və razılaşmaları pozma yollarıyla getməsin. Lavrovun dedikləri Azərbaycana reallığı göstərən bir xatırlatma idilər”.
Tevan Poğosyanın deməsinə görə, Minsk Qrupu həmsədr ölkəinin xarici işlər naziri bu bəyanatla Azərbaycana mesaj vermək istəyirdi ki, razılaşmalarını pozmasın. “Söz Vyana və Sankt-Peterburq razılaşmaları və atəşkəs rejimini qoruma sazişi haqdadır”,-deyə deputat qeyd etdi.
RF Xİ naziri Sergey Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “Əgər Azərbaycan DQ ərazisində hərbi əməliyyatlara başlama qərarı alsa, Rusiya susacaqmı, yoxsa Azərbaycanın daxili işlərinə müdaxilə olacaq?” sorğusuna cavab verib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili probləmi deyil.