Siyasət

Ombudsmanın xüsusi məruzəsi “Çinariyə qarşı rəqibin hücumu hədəfli olub”

Çinari kəndinin cənub-sərq istiqamətindəki dövlət sərhədində dekabrın 29-da Azərbaycan, diversiya cəhdi edərkən, dinc əhaliyə zərər verməyi istəyirdi.
Bu haqda bu gün jurnalistlər ilə müsahibəsində Ombudsman Arman Tatoyan dekabrın 29-30-da, eyni zamanda bayram günlərində bu istiqamətdə icra edilmiş fakt toplanması missiyasının nəticələrini yekunlaşdıraraq bəyan edib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, kəndin yaxınlarında Azərbaycan silahlı qüvvələri tərəfindən işarə edilə biləcək heç bir hərbi hissə və ya hərbi obyektolmayıb. Burada yalnız mülki əhali yaşayır və bununla rəqibin mülki əhaliyə zərər vermək niyəti çox aydın olur”,- deyə Ombudsman qeyd edib. Onun məruzəsinə görə, fakt toplanmasını icra etmiş Ombudsman administrasiyasının nümayəndəsi Çinari kəndinin əhalisi, kənd başışçısı, kənd şurasının nümayəndələri, ER-nın silahlı qüvvələri ilə görüşdü və insan hüquqlarının pozuntuları olan yerlərə getdi. Bunların nəticəsində ingilizcə müxtəlif yol sxemalarıyla xüsusi hesabat hazırlanıb.Orada diversiya hücumu ərzində baş vermiş olayın konkret yeri təsdiq edilib. Diversiya nəticəsində ER Silahlı qüvvələrinin bir zabiti və iki hərbçiləri həlak olub. Bu hesabat ingilizcə beynəlxalq strukturlara göndərilib.
Tatoyanın sözlərinə görə, missiyanın üzvləri qeyd ediblər ki, yanvarın 3-də, eyni zamanda 8-də kəndə, xüsusilə məktəb və evlərə yönəlmiş atəş edilib. “İşlərimiz göstərdi ki, rəqib tərəfindən bu əhaliyə yönəlmiş hədəfli hücumlar olub, rəqibin niyyəti isə onların səhhətinə və həyatına zərər vermək olub”,- deyə Arman Tatoyan bəyan edib. Mətbuat konfransında Ombudsman Çinaridəki məktəbin, uşaq bağçasının şəkillərini təqdim edərək bəyan edib ki, bu binalar bayram günlərində rəqibin hədəfində idilər. “Yanvarın 8-də rəqib gecə saatlarda atəş açıb. Mülki sakinlərə zərər vermək üçün bu saatlar çox uyğundur, çünki insanlar gecə yatırlar və atəşi gözləmirlər”,-deyə Tatoyan qeyd etdi.
Fakt-araşdırıcı missiyasının yanvarın 13-də yekunlaşdırılmış xüsusi hesabatı qarşıdakı günlərdə beynəlxalq təşkilatlara təqdim ediləcək. Tatoyan deyib ki, gələn həftədə Strasburqda, sonra isə Brüsseldə AŞ yüksək səviyyəli rəsmilərlə görüşəcək və bütün görüşlərdə edilmiş işləri təqdim edəcəkdir. Lakin Tatoyan beynəlxalq təşkilatlardan gözlədiklərini açıqlamadı. “Mən sadəcə deyə bilərəm ki, haqlı olan bizik və bunu hər yerdə göstərməliyik”,-deyə o vurğulayıb.
Xatırlataq ki, dekabrın 29-da ER Tavuş vilayətinin Çinari kəndinin cənub-şərq hissəsindəki dövlət sərhədində Azərbaycan silahlı bölmələri diversiyaya cəhd ediblər. ER silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun hücümcü əməliyyatının qarşısını alıblar, lakin döyüş əməliyyatlarında erməni tərəfində də itikilәr olub. ER Müdafiə nazirliyi bildirib ki, Azərbaycan tərəfindən diversiya cəhdi barədə danılmaz faktları var və məhv edilmiş azərbaycanlı əskərin cəsədi erməni tərəfində peyda olunub.
Type a message…
Daha çox göstər
Back to top button