Siyasət

Strasburqda Ermənistan-AŞ əməliyyatlarının planı müzakirə edilib

AŞ-da Ermənistanın daimi nümayəndəliyi AŞ-nın katibliyi ilə birgə şəkildə Strasburqda yanvarın 16-da Ermənistan-AŞ 2015-2018-ci illərin əməliyyatları planının icra edilməsinə həsr olunmuş tədbir təşkil edilib. Ermənistandan tədbirdə ER ədliyə naziri Arpine Hovhannisyan işitirak edərək açılış çıxışını edib.

Tədbirdə, həmçinin, AŞ-ı baş katibinin müavini Qabriela Batayini-Draqoni iclasın nəticələrini yekunlaşdıraraq çıxış edib. Görüşdə AŞ-na üzv ölkələrinin səfirləri, Aİ-nın xarici əlaqələr xidmətinin təmsilcisi, AŞ katibliyinin rəsmiləri, diplomatlar iştirak ediblər.

Bu haqda ER Xarici İşlər Nazirliyinin informasiya və ictimaiyyət ilə əlaqələr şöbəsindən məlümat verirlər. İclasda Ermənistan-AŞ arasında əməkdaşlıq çərçivəsində icra edilmiş insan hüquqlarına, demokratik idarəçiliyinin gücləndirilməsinə, seçim sistemində islahatlara, ədliyənin təmin edilməsinə, cəza təcridxanalarında islahatlara yönəlmiş planların həyata keçirilməsi prosesi və əldə edilmiş uğurlar təsdiq edilib. Həmçinin, gələcəkdə ediləcək işlərə toxunublar və maliyyələşdirmə ehtiyacı olan planları təsdiq ediblər. Məmnuniyyətlə qeyd edilib ki, Ermənistan məhsuldar şəkildə əməliyyatların planını icra edir və bu Ermənistanda həyata keçirilən geniş demokratik islahatların məzmununda çox əhəmiyyətlidir.

Həmin gün nazir Arpine Hovhannisyan, AŞ-nın baş katibi Torbyorn Yaqland və AŞ-nın insan hüquqları üzrə vəzifəlisi Nil Myujnieks ilə ikitərəfli görüşlər keçirərək, iki tərəf üçün maraqlı olan bir neçə məsələləri müzakirə edib.

Daha çox göstər
Back to top button