Siyasət
ER Parlamentinin heyəti Israyildəki Knestetdə görüşlər keçirib

İsrayil dövlətinin Knestinin dəvədilə ER Parlamentinin nümayəndə heyəti Parlamentin xarici əlaqələri daimi komissiyasının sədri Ermənistan-İsrayil dost qrupunun rəhbəri Artak Zakaryanın baçşılığıyla Knestə səfər edib. Bu haqda ER Parlamentinin İnformasiya və İctimaiyyət ilə əlaqələr şöbəsindən məlümat verirlər. Nümayəndə heyəti Knestin sədrinin müavini, İsrayil- Ermənistan dost qrupunun rəhbəri Tali Ploskov ilə görüşüb. Görüşdə son iki ildə dost qruplarının təşəbbüsləri, Ploskov xanımın başçılıq etdiyi nümayəndə heyətinin keçən ildə Ermənistana iki səfərlərinin nəticələri, eyni zamanda dost qruplar tərəfindən Yerevanda təşkil edilmiş Ermənistan-İsrayil beynəlxalq forumunun gündəmi məsələləri müzakirə edilib. Tərəflər parlamentlər arasındakı münasibətlərin inkişafı, eyni zamanda iki ictimaiyyətlər arasında biznes əlaqələrinin yaradılması, mədəniyyətlər arasındakı münasibətlərin fəallaşdırılması, texnologia sahəsində əməkdaşlıq, səhiyyə və bir sıra birgə humanitar planların həyata keçirilməsi baxımıyla foruma böyük əhəmiyyət veriblər. Erməni nümayəndə heyəti Knestin mədəniyyətlərarası əvəzetmə üzrə komissiyasının sədri, hakimlik edən koalissiyanın rəhbəri, Likud partiyasının nümayəndəsi, deputat David Bitani və Knestin hakimlik edən koalissiyasının Kulanu partiyasının nümayəndəsi depuatat Eli Koen ilə gürüşüb. Həmsöhbətçilər arasında bir neçə lahiyələrlə bağlı işgüzar müzakirələrin keçirilməsi üzrə razılıq əldə edilib.. |