Şərab, tut festivalları, konsert proqramları: Artsaxda bu il, tədbirlərlə dolğun olacaq

Artsaxda bu ildə Aprel müharibəsindən əvvəlki turizm göstəricilərini bərpa etməyi planlaşdırır.
2016-ci ildə bu istiqamətdə işlər artıq həyata keçirilib. Əgər Aprel müharibəsindən sonra Artsaxın turizm göstəriciləri 40 faizlə azaldısa, sonra əldə edilmiş işlər nəticəsində ötən ildə bu rəqəm 16%-ə çatdı.
Bu ildə Artsaxın İqtisadiyyat Nazirliyi müxtəlif istiqamətlərdə bir sıra proqramlar və tədbirlər planlaşdırdı. Bu proqramnlar ilə ötən rəqəmlər bərpa ediləcək. Artsax İqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan qeyd etdi ki, Artsaxda bu il tədbirlər dolğun olacaq.
Əvvəlan, Artsax Ermənistanda və xaricdə bir sıra sərgilərdə iştirak edəcək. Bundan əlavə, bu ildə Artsaxda turizmin inkişafına yönələn festivallar təşkil ediləcək.
Sergey Şahverdyan sentyabr ayında həyata keçirilən Şərab Festivalına toxnub. Bu artıq 4-cü dəfə təşkil olunur.
Festival proqramına üzüməzmə, ənənəvi yeməklərin qonaqpərvərliyi, incəsənət əsərlərinin sərgi-satışı, Toğ kəndində arxeoloji tapıntılarının sərgisi və əlbəttə, şərab istehsalatçılarının sərgi-satış da daxil olundu.
Sergey Şahverdyan qeyd etdi ki, Şərab Festivalı yalnız Artsaxlılar üçün deyil, turistlər üçün də ənənəvi bir tədbirdir.
Bu ildə Tut Festivalı da həyata keçiriləcək. Artsaxda keçirilən Tut Festivalı regionda tut becərilməsi ənənələri yeni işıqla təqdim edir. Festival ərzində tut məhsulları- araq, bəkməz,mürəbbə və sair nümunəli çeşidlərlə nümayiş olunur.
“Artsax turizmin inkişafı üçün böyük potensiala malikdir. Artsaxda tarixi abidələr, arxeoloji ərazilər çoxdur.
Artsax öz ənənəvi mətbəxi ilə də fərqlənir. Artsaxda çəkilən tut arağı və jengyal çörəyi brend olaraq qəbul olunur”- deyə Sergey Şahverdyan qeyd etdi.
Bundan başqa, Artsaxda sakinlərin isti mühiti, qonaqpərvərliyi turistləri cəlb edir. Artsaxı Rusiya, ABŞ, İran, Fransa, Böyük Britaniyadan xarici turistlər ziyarət edirlər.
Yeri gəlmişkən, 2017-ci ili Diaspora Nazirliyi Artsax ili elan edib. Bu turizm üçün çox əhəmiyyətlidir. Bu çərçivədə, Artsax Diaspora nazirliyi ilə fəal şəkildə əməkdaşlıq edir.