Beynəlxalq
Ermənistan Respublikasının Müdafiə naziri Fransa XİN rəsmisi ilə əməkdaşlıq məsələləri müzakirə ediblər

ER Müdafiə naziri Vigen Sarkisyan yanvarın 19-da Fransa Xarici işlər nazirliyinin Avropa məsələləri üzrə şöbə müdiri Florans Manjer və Ermənistan Respublikasında Fransanın fövqəladə və səlahiyyətli səfirini qəbul etdi.
ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə , görüş ərzində müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq ilə bağlı məsələlər müzakirə edilib.
Ermənsitan-Fransa münasibətlərinin yüksək səviyyəsini vurğulayaraq, tərəflər qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün hazır olduqlarını bildiriblər.
Görüş zamanı, təhlükəsizlik və müdafiə sahəsində Ermənistan-AB əlaqələri və regional təhlükəsizlik ilə bağlı məsələlər də müzakirə edilib.