Beynəlxalq

Fuad Qəhrəmanlı: Sizin əməlləriniz bu dövlət üçün təhlükədir

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son sözlə çıxış edib. Fuad Qəhrəmanlı çıxışında dövlət büdcəsinin talanmasından danışıb:

“Bu, həm də dövlətə etimadı azaldır. Sizin korrupsiya əməlləriniz dövləti sarsıdır. Azərbaycanın nüfuzunu məhv etmisiniz. Harda çirkin əməl var Azərbaycana şamil olunur. Ölkədə hüquq adına heç nə qalmayıb. Məhkəmələr alverxanadır. Qanuna etimad itəndən sonra hansı hüquqdan danışmaq olar? Analoqsuz iqtisadi inkişafdan danışırsınız, ancaq gəlirlər iki dəfə azalıb. İlham Əliyev deyir ki, bəlkə yavaşlayaq? Gör nə qədər inkişaf etmişik ki, hələ bir az da yavaşlayaq? Əl qoymadığınız sahə yoxdu. Artıq hesab vermək vaxtınız çatıb”.

Daha çox göstər
Back to top button