Hrant Melik-Şahnazaryan: “Erməniləri məhv etmək siyasəti ardıcıl şəkildə hazırlanmış plandır”

“Son illərdə baş verən olaylar, xüsusilə 2004-cü ildə Budapeştdə erməni zabitin öldürülməsi, erməni təyyarəçilərin cənazələrinin çıxarılması ilə bağlı problemləri, təmas xəttində baş verən olaylar, aprel müharibəsi, 2016-cı ilin dekabrında Çinari kəndinə qarşı təxribat, bütün bunlar hələ 1988-ci ildə Sumqayitda başlanmış Azərbaycanın siyasətinin davamıdır.
Onlar Artsaxın və Ermənistanın sərhədlərində öz siyasətini davam edir, çünki artıq öz ərazisində məhv edilə biləcək və soyqırıma məruz qala biləcək ermənilər yoxdur”,- deyə iyunda təşkil edilmiş mətbuat konfransında ER prezident administrasiyasının informasiya və ictimaiyyət ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilən “Adi soyqırım” kampaniyasının rəhbəri Marina Qriqoryan bəyan edib.
Mətbuat konfransında iştirak etmiş politoloq Hrant Melik-Şahnazaryan deyib ki, ermənilərin Bakının qurulması işində böyük əməyi var, amma onlar məhz orada ən azı üç dəfə 1905-ci,1918-ci, 1990-cı illərdə planlaşmış soyqırıma məruz qalıblar.
Onun sözlərinə görə, ermənilərin məhv edilməsi siyasəti ardıcıl şəkildə hazırlanmış plandır və sovet dönəminin son illərdən etibarən başlanaraq Azərbaycan məqsədyönlü şəkildə öz cinayətkar əməllərini davam edib.
“Hazırda faktlar mövcüddur, fakt toplanması işləri də icra edilir və bütün bunlar Azərbaycanın antierməni, düsmən siyasətini göstərən ciddi əsas olacaq, gələcəkdə isə diplomatik münasibətlərin təmin edilməsinə, müzakirələr prosesində ölkəmizin mövqeyinin irəliləməsinə dəstək verəcək.
Biz görürük ki, bu cür faktlar müzakirələr masasında mövcud deyil. İnsanları narahat edən əhəmiyyətli problemlər nə müzakirələr proseində, nə də regional siyasəti proseslərində daxil olunmayıb”,- deyə o qeyd edib.
Hrant Melik-Şahnazaryan məlümat verib ki, yaxın zamanlarda Stepanakertin mühasirə edilməsi haqqında film çəkiləcək.O zaman, 50 min əhali su və qıda olmadan hər gün məhv edilmək təhlükəsi altında olub, çunki şəhər rəqib tərəfindən atəş altında idi.