İran səfirinə Ermənistan ərazisi ilə multimodal nəqliyyat üstünlükləri təqdim edilib

ER Nəqliyyat naziri Iran səfirinə Ermənistan ərazisi ilə multimodal nəqliyyat üstünlüklərini təqdim etdi. Bu haqda, ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet səhifəsindən məlumat verilib.
Məlumata görə, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan yanvarın 19-da Ermənistanda İran fövqəladə və səlahiyyətli səfiri Seyed Kazem Sacadini qəbul etdi.
Görüşdə “Cənubi Qafqaz dəmir yolu” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Valkon da iştirak etdi.
Nazir səfirə Ermənistan ərazisi ilə İrandan Avropaya və əksinə multimodal nəqliyyat planını təqdim etdi. Sergey Valkon bu nəqliyyat marşrutunun üstünlüklərini vurğuladı.
Xüsusən, multimodal nəqliyyat zamanı yüklərin təhlükəsizliyi və nəqliyyatla bağlı alverəşli faktorları vurğulandı. Nazir səfirə İranın biznes icmasına bu imkanları təqdim etməsini təklif etdi.
İran səfiri bildirdi ki, şəxsən Yerazx stansiyasında olub və terminal imkanlarıyla tanışdı. O, qeyd etdi ki, İran iş adamlarına bu yük daşıntı yolunu təqdim etməsinə hazırdır.
Vahan Martirosyan iki ölkənin iş adamlarının iştirakı ilə dəyirmi-masa görüşünün təşkil etməsini təklif etdi.
Görüş zamanı İran Rabitə nazirinin Ermənistana səfəri üçün təşkiledici məslələr üzrə razılaşma əldə edildi.
İran səfiri bildirib ki, yaxın zamalarda ıranlı iş adamlarının nümayəndə heyəti Ermənistana gələcək.