Siyasət

Lavrov və Kurts DQ məsələsini müzakirə ediblər

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O deyib ki, ATƏT sədri ilə keçirilən görüşdə təşkilatın gündəliyində duran çox əhatəli məsələlərə baxılıb: “Nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi də ATƏT-in məsələsidir, bu məsələ də qeyd olunub. Bu məsələyə ATƏT-ə sədrliyin Avstriyaya keçməsi kontekstində gündəlikdə duran məsələlərdən bir kimi baxılıb. Əlavə məlumat isə məndə yoxdur”.

Daha çox göstər
Back to top button