Təhlil

Artsaxa getmiş blogeri ekstradisiya etmə qərarı DQR-a səfərlərini məhdudlaşdırma cəhdidir

Belarus Respublikasının baş prokurorunun müavini Azərbaycan Baş prokurorluğunun tələbini təsdiqlədi və Rusiya və İsrail vətəndaşı olan Aleksandr lapşini Azərbaycana ekstradisiya edəcək.

Xatırlataq ki, bloqqer Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahısı”na daxil etib və ekstradisiya olunmasını tələb edirdi.

Beləliklə Azərbaycanın Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.

Tert.am-ə müsahibədə DQR Ombudsmanı Ruben Melikyan deyib ki, Artsaxda bu hadisələrin inkişafına təqib edərək bütün bunları qəbulədilməz hesab edirlər.

“Bu məsələdə sadəcə Artsaxa deyil, Azərbaycana da getdiyi üçün “qara isyahısına” daxil edilməsini gördük. Bu ifadə azadlığının pozulmasıdır”.

Ruben Melikyanın deməsinə görə, bloqqeri Azərbaycana ekstradisiya etmə qərarı ilə Dağlıq Qarabağa edilən səfərlərini məhdudlaşdırmağa çalışırlar.

“Düşünürəm ki, beynəlxalq icyimayyət bu olaylara cavab verməlidir. Cavabımız odur ki, insan haqlarının əsas azadlıqlarını qoruyan beynəlxalq  hüquq mütəxəssisləri və  müdafiəçiləri Artsaxı ziyarət etməni daha da düşünsünlər. İdafə azadlığının məhdudlaşdırması beynəlxalq ictimaiyyət tərəfindən ittiham edilməlidir. Bu məsələyə adekvat cavab verilməlidir”,-deyə Ombudsman qeyd etdi.

Daha çox göstər
Back to top button