Stepanakertdə Krkjanın azad edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Artsax Respublikasının baş naziri Arayik Harutyunyan Krkjanın azad edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Artsax Respublikasının Parlament Administrasyasının informasiya və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, baş nazir Krkjan döyüşlərində iştirak edən silah yoldaşlarını təbrik edərək, qeyd etdi ki, Krkjanın azad olunması Artsax müharibəsinin tarixində xüsusi əhəmiyyətə malikdir.
“Krkjanın azad olunmasına qədər Artsaxın müxtəlif rayonlarında bir sıra müvəffəqiyyətlər əldə edilib, lakin Krkjanın azad olunması yalnız Şuşinin azad edilməsi uçün deyil, bütün gələcək qələbələr və müvəffəqiyyətlər üçün çox əhəmiyyətli idi.
Bu baxımdan, bu operasyanın gedişatını çox yüksək qiymətləndirirəm. Bu operasiya ilk növbədə Stepanakert sakinlərinin dinc yaşayışına istiqamətlənmişdir. Təəssüf ki , o döyüşlərdə itkilərimiz də var idi. Vətən müdafiəsi üçün canlarından keçən bütün oğlanlarımız şərəf və şöhrətə layiqdir “- deyə baş naziri qeyd etdi.
Tədbirdə DQR və ER Müdafiə Nazirliklərinin nümayəndələri, QHT üzvləri və azadlıq döyüşçüləri də çıxış ediblər.
Tədbir zamanı bir sıra azadlıq döyüşçülər xatirə hədiyyələri, maddi mükafat ilə təltif olunub.