Siyasət

Ara Ğazaryan: “Lapşinin ekstradisiyasının əsasında ermənilərə nifrətçilik, rasizm durur”

“Ekstradisya prosesləri iki tərəfli müqavilələrlə ya da konvensiyalarla təyin edilir. Məncə, bu olay üçün Minsk konvensiyası nəzərdə tutulur. Amma qəbul edən tərəfin ekstradisiya niyəti haqqında bəyanatı həqiqətə uyğun olmalıdır”,- bunun haqqında rus bloqer “Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məgər qanuna uyğundurmu?”   məsələsi çərçivəsində müzakirədə beynəlxalq hüquq eskperti Ara Ğazaryan deyib.
O, Səfərov olayını da xatırladıb. O zaman Azərbaycan zəmanətlər verdi ki, baltayla insan öldürən cinayətkar vətəndə cəzasını alacaq. Qeyd edək ki, erməni zabiti Qurgen Marqaryanı öldürən Səfərov Azərbaycana çatan kimi azadlığa buraxılıb və qəhrəman olaraq qiymətləndirilib.
Hüquqşunasın sözlərinə görə, bu vəziyyətdə ekstradisiyanın əsasında ermənilərə qarşı nifrət və rasizm durur ki, o da Azərbaycanın siyasətinin davamıdır.
“Qondarma niyəti isə cinayətə qarşı mübarizədir, çünki Lapşin qanunsuz şəkildə ölkəyə girib. Lapşinin bloqer, jurnalist olduğunu hesaba alaraq, onu ermənilərə qarşı yaxşı davranışı və Azərbaycan hakimiyyətlərini tənqid etməkdə günahlandırırlar. Bununla da söz azadlığı hüququ da pozulur”,-deyə Ğazaryan qeyd edib.
O, həmçinin bəyan edib ki, Lapşinin ailəsi ilə Ermənistanın Advokatlar sarayının sədri Ara Zohrabyan əlaqə saxlayır. Prokurorun ekstradisya haqqında qərarı hələ şikayət edilməyib. Ermənistandakı advokatlar Lapşinin advokatlarına kömək etməyə cəhd edir. Artıq Azərbaycanın cinayət Məcəlləsinin 281 madəsini Türkiyədəki məşhur 301 madə ilə müqayisə edən bir sənəd Belarusa göndərilib.
“Bu Dink işidir, Pamuk işidir ki, o da beynəlxalq cəmiyyət tərəfindən qəbul edilməyən və tənqid edilən başqa onlarca məhkəmə işlərinə bənzəyir. Bir insan ki,hər hansı bir ölkənin hökümətininin siyasətini tənqid edirsə, bu ərazi bütövlüyünə qarşı, konstisuyia sistemini məhv etmək, ya da nifrət çağrışı olaraq qiymətləndirilməməlidir”,-deyərək o bəyan edib.
Daha çox göstər
Back to top button