Siyasət

İsrail Aleksandr Lapşinin Azərbaycana ekstriadisiyasına qarşıdır

Rəsmi mövqe olaraq, İsrail bloqqerin ekstradisiyasının əleyhinədir.

Bu haqda NEWS.am-in müxbirinə müsahibədə İsrailin Minskdəki səfir müavini Yuliya Raçinski-Spivakova bildirib.

Diplomatik missiyasının nümayəndəsinin sözlərinə görə, İsrail Belarus və Rusiya əməkdaşları ilə (Lapşin həm də Rusiya vətəndaşıdır) bu istiqamətdə səy göstərməyə davam edəcək.

O xatırlatdı ki, səfirlik qanuni əməliyyatlara müdaxilə etmək səlahiyyətinə malik deyil və Aleksandr Lapşinə yalnız konsultativ yardım edə bilər. “Bildiyim qədəri ilə Lapşinin vəkilləri Prokurorluğun qərarına qarşı şikayət edəcəklər”,-deyə səfirliyin nümayəndəsi vurğulayıb.

Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahısı”na daxil etib və ekstradisiya olunmasını tələb edirdi.

Yanvarın 17-də Belarus Prokurorluğu Aleksandr Lapşinin ekstradisiyasına dair Azərbaycan hakimiyyətinin tələbi təsdiq edib. Qeyd olunmalıdır ki, Belarus Prokurorluğu bu məlumatı gizləmişdi.

Daha çox göstər
Back to top button