Təhlil

K.Zatulin: “İskander” RF tərəfindən regiondakı balansı təmin etmə qarantı kimi hesab edilir

Rusiyanın Azərbaycana “İskander” satacaq ehtimalı azdır. Bu haqda Tert.am ilə müsahibədə Rusiyada MDB ölkələr İnstitutunun direktoru Konstantin Zatulin Əliyevin Bakının yeni silahlar aldığına dair son bəyanatlarına toxunurkən bildirib.

Rusiya-Azərbaycan hərbi əməkdaşlığı haqda sazişinə və Rusiyanın Azərbaycana “İskander” satdığna dair sualına Zatulin deyib ki, bu suala cavab vermək çətindir, çünki dəqiq məlumatı yoxdur, lakin Rusiyanın belə bir addım atdığı ehtimalı azdır.

“Rusiya belə addım atmaz. Biz Ermənistanın olduğu düşmən mühiti haqda düşünməliyik. Biz hava hücumundan birgə müdafiə sistemi Azərbaycanla deyil, Ermənistanla yaradırıq. Hər şey birbirinə bağlıdır”,-deyə Zatulin qeyd edib.

Zatulin xatırlatdı ki, Əliyevin bəyanatı RF Baş nazir müavini Ragozinin Bakıya etdiyi səfərdən sonra edilmişdi.

Politoloq hər hansı bir razılaşmanın olub olmadığına dair sualına cavab verərək deyib ki, “İskander” operativ taktiki raket kompleksidir və Rusiya tərəfindən regiondakı balansı təmin etmə qarantı kimi hesab edilir. Apreldən sonra yaradılmış vəziyyətə, problemlərə və Rusiyanın Ermənistandan başqa heç bir ölkəyə İskander satmadığına əsasən RF Prezidentinin Azərbaycana da İskander satma qərarı alacağını düşünmürəm”,-deyə Zatulin vurğulayıb.

Daha çox göstər
Back to top button