Siyasət

Lavrova verilən sual jurnalistin işdən çıxarılmasına səbəb olub

RF XİN rəhbəri Sergey Lavrova verilən sual Lider telekanalının Moskva bürosunun rəhbəri Anar Həsənovun işini itirməsinə səbəb olub.

Yanvarın 18-də mətbuat konfransında A.Həsənov Lavrova sual verib: “Əgər Azərbaycan bu məsələni hərbi yolla həll etməyi qərar alarsa RF özünü necə aparacaq, Rusiya buna göz yumacaqmı yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq”.

Bunun cavabında Lavrov deyib ki, Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil.

Lavrov eyni zamanda Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsinin həllinə tərəfdar olduğunu deyib.

Baş verənlər Lavrovun Ermənistanın mövqeyini dəstəkləməsi və Azərbaycanın hüquqlarının pozulması kimi qəbul edilib.

Hakim partiya nümayəndələri də daxil olmaqla, deputatların bəyanatlarına baxmayaraq, Azərbaycan XİN buna çox “yumşaq” reaksiya verib, “Qarabağın Azərbaycanın daxili işi olmaması” barədə Lavrovun sözlərini qiymətləndirməyib.

Ancaq Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Lavrovun bəyanatı və rəsmi Bakının susqunluğu ciddi narazılıq doğurub.

Bundan sonra hakimiyyət “günahkar” axtarmağa başlayıb və qərara alıb ki, bundan ötrü ən münasib adam jurnalist Anar Həsənovdur. Lider telekanalında 13 illik fəaliyyətdən sonra o, işdən çıxarılıb.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə jurnalistin sualını “uğursuz” adlandırıb və deyib ki, “o, başqa bir şey soruşa bilərdi”.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button