
Tərxis olunmuş ordu xidmətçiləri ilə Dilicanda keçirilən görüşündə Prezident Serj Sarkisyan Dağlıq Qarabağ Respublikasının nizamlanması prosessinə dair öz mövqeini bir daha təkrar etmişdir.
”Bizim məqsədimiz Dağlıq Qarabağın sakinləri vasitəsiylə son olaraq statusunu qərara gəlməkdir”-deyərək Prezident qeyd edib ki, heç kimin haqqı yoxdur artsaxlıları öz şərtləriylə yaşamağa məcbur etsin.
“Orada yaşayanların özləri gərək qərara gəlsin ki, hansı şəraitdə yaşamaq istəyirlər.Hər hansısa birinin haqqı yoxdur ki, onları öş şəraitlərində yaşamağa məcbur etsin.Nə Azərbaycanın, nə də Ermənistanın nə də ki, başqalarının.
Mən demirəm ki, erməni xalqını iradəsini etinasızlığa vurulmalıdır.Qətiyyən yox.Ona görə ki,Ermənistansız, bütün xalqımız olmadan Qarabağda yaşayanlar bütün zamanlarda həmin məsələni həll edə bilməzlər.
Bu o demək deyil ki, onların problemlərini biz gərək onların əvəzində qərara gələk.
Biz onlara iradələrinin çin olması naminə gərək dəstək olaq.Mən əminəm ki, vaxt gələcək ki, Dağlıq Qarabağın problemi məhz həmin yolla həll olunacaq”-deyərək Respublikanın rəhbəri əlavə edib.
Danışıqlar prosessinə geri dönməklə Serj Sarkisyan bir daha xatırladıb ki, əsas məsələnin nizamlanması ətrafında müxtəlif yanaşmalar və təkliflər olub,bununla belə biz heç vaxt qeyd olunan məqsədə o qədər yaxın olmamışıq nə qədər ki, indiyik, ümumiyyətlə beynəlxalq cəmiyyətin yanaşması da bu qədər qətiyyətli və dəqiq olmamışdır.
“Bu gün beynəlxalq cəmiyyətin yanaşması da aydındır.
Dağlıq Qarabağın son statusu gərək Dağlıq Qarabağ sakinləri tərəfindən qərara gəlinsin.Lakin məsələ ondadır ki, bizim elə bir tərəflə işimiz var ki, onun da niyyəti erməniləri Dağlıq Qarabağdan kənara çıxarmaqdır.
Onlar onu Naxicevanda etməyi bacardılar.
Onlar onu ermənilərlə çoxluq təşkil edən yerlərdə etməyi bacardılar.Onların niyyəti budur,odur ki, qəti şəkildə inam yoxdur .Bəs ki, əgər inam yoxdursa, onda biz gərək o qədər xırdalıqları
təstiqləyək, hansılar ki,onlara yarı yolda daynmağa belə imkan verməyəcək”-deyərək Prezident Sarkisyan əlavə edib ki, qalan bütün məsələlər asanlıqla həll olunandır, əgər azərbaycanlılar öz yanaşmalarında həqiqətən səmimi olacaqlarsa.
Serj Sarkisyan həmçinin qeyd edib ki,Madrid prinsiplərinin birinci bəndində təstiq olunub ki, DQ statusu gərək öz sakinləri tərəfindən qərara gəlinsin. Belə olan halda sual irəli gəlir, əgər azərbaycanlılar bu prinsipi qəbul etməyiblərsə, onda son 10 illər ərzində tərəflər nəyin ətrafında danışıqlar keçirib? Əgər qəbul ediblərsə, bəs nə üçün məsələ həllinə çatmır?.
“Demək ya biz, ya da onlar səmimi deyil.Lakin mən dəfələrlə bəyan etmişəm ki, biz səmimiyik. Burada iradə mühümlüyüdür ki,bu məsələni həll edə bilək”-deyərək Prezident vurğulayıb.