Beynəlxalq

«The Washington Times»: Trump Ermənistan və Azərbaycanı barışdırırsa, Nobel ala bilər

Amerikan  «The Washington Times»  qəzəti Dağlıq Qarabağ məsələsi ilə bağlı məqələ yaydı. Nəşır yazır ki, ABŞ prezidenti D.Trump istəsə, Qarabağ məsələsini həll edib Nobel mükafatını qazana bilər.

“ Donald Tramp öz imkanlarınından istifadə etsə ,dunyanın ən mürəkkəb münaqişələrindən biri- Dağlıq Qarabağ məsləsini nizamlana bilər”- deyə məqələnin müəlifi qeyd edir.

Məqələnin bildirdiyinə görə,  Qarabağ münaqişəsinin həlli həm D.Trump, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trump-ın Qarabağa yanaşması Rusiya prezidenti Vladimir Putin-in Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər.

«Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, Yerevanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb. Onun fikrincə, Trump Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər”- deyə məqələdə qeyd edilib.

Daha çox göstər
Back to top button