Ekonomika

Azərbaycanda qida məhsullarının qiyməti 31,6 faiz qalxıb

Son bir ildə qida məhsullarının istehsalçı qiymətləri, orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Siqaret istehsalçıları qiymətə daha çox «əl gəzdiriblər» – 69,5 faiz. Geyim istehsalçıları il ərzində qiymətləri 11,3 faiz qaldırıblar. Toxuculuq sənayesi müəssisələrində buraxılan məhsulların orta qiymət artımı 13,1 faiz olub. Neft emalı məhsullarının zavod qiyməti 9,7 faiz artırılıb.

Ötən il rezin və plastik kütlədən məmulat buraxan müəssisələr qiymətləri 15,1 faiz, kimya məhsulları istehsalçıları 35,8 faiz, metallurgiya zavodları isə 28 faiz qaldırıblar.

Daha çox göstər
Back to top button