Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarov planlanmamış səfəri ilə Moskvaya gedəcək və RF Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Səfərin səbəbi isə, Lavorv tərəfindən Dağlıq Qarabağa dair edilmiş son bəyanatı və bunun nəticəsində gərginləşdirilmiş Azərbaycan-Rusiya əlaqələridirlər. Bu haqda Haqqin.az yazır.
Rusiya federasiyasının xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransda jurnalistin “Əgər Azərbaycan bu məsələni hərbi yolla həll etməyi qərar alarsa RF özünü necə aparacaq, Rusiya buna göz yumacaqmı yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualına cavab verirkən qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil.
Ancaq Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Lavrovun bəyanatı ciddi narazılıq doğurub.
Bundan sonra hakimiyyət “günahkar” axtarmağa başlayıb və qərara alıb ki, bundan ötrü ən münasib adam jurnalist Anar Həsənovdur. Lider telekanalında 13 illik fəaliyyətdən sonra o, işdən çıxarılıb.