ER və Niderland Xİ Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Haaqada Ermənistan Respublikası və Niderland Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Ermənistan nümayəndə həyetinə ER Xarici İşlər nazirinin müavini Karen Nazaryan, Hollandiyanın nümayəndəliyinə isə, Niderland Krallığının Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktorun müavini Piter Yan Kleyvex dı Zvan rəhbərlik etdilər. Məsləhətləşmələrdə ER-nın Niderlanddakı səfiri Dzyunik Ağacanyan və Niderland XİN-nin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Adrin Plam iştirak ediblər.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli siyasi gündəmi və iqtisadi əməkdaşlığının genişləndirməsinə dair məsələləri, regional məsələləri müzakirə etdilər.
Beynəlxalq təşkilatlarda ikitərəfli əməkdaşlığına, Ermənistandakı islahatlara və bu proseslərdə Hollandiya tərəfinin göstərdiyi dəstəklərin təmin edilməsinə dair məsələlərinə də toxunulub.
Karen Nazaryan ER-Aİ yeni hüquqi sənədi çərçivəsində aparılan danışıqların prosesini və ER-Aİ əməkdaşlığının istiqamətlərini təqdim edib. Ermənistanın iqtisadi inkişafının prespektivləri və Avrasiya İqtisadi Birliyinə Ermənistanın üzvülük məsələləri də müzakirə edilib.
Hollandiya tərəfinin xahişi ilə Xİ nazir müavini Nazaryan Dağlıq Qarabağ münaqişəsini və sülh yolu ilə nizamlanması üçün aparılan işlərini təqdim etdi.