Moskvada Medvedev-Karapetyan görüşü keçirilir: ikitərəfli əməkdaşlığın bir sıra məsələsi müzakirə edilir

Moskvada Ermənistanın və Rusiyanın Baş nazirləri Karen Karapetyanın və Dmitri Medvedevin görüşü keçirilir.
RF hökümətinin rəsmi saytının məlümatına görə, Dmitri Medvedev, Moskvada Karen Karapetyanı alqışlayaraq, qeyd edib ki, RF-nın Ermənistan ilə xüsusi müttəfiq münasibətləri var və əlbəttə həmişə müzakirə ediləcək məsələlər mövcuddur.
“Səfərinizlə bağlı əməkdaşlığımızın inkişafına yönəlmiş bir sıra sənədlərin hazıraşması çox əhəmiyyətlidir. Ümid edirəm ki, bütün bunlar iqtisadi münasibətlərin inkişafına və insani təmaslara dəstək verəcək.
Biz Szinilə iqtisadi gündəmi müzakirə edəcəyik. Vurğulamaq istəyirəm ki, bəynalxalq vəziyyətə, enerjinin qiymətinin artmasına, bir sıra başqa iqtisadi şəraitlərə baxmayaraq, ticari dövriyyəmiz stabildir, keçən ildə də Ermənistandan ölkəmizə ixracat həcmlərində 70 faiz artım qeyd edilib.
Məncə, bu Ermənistanın Avrasiya Birliyinə üzvlük etməsi və iqtisadi münasibətlərimizin möhkəmləndirlilməsinin nəticəsidir”,- deyərək Medvedev əlavə edib ki, həm investisiya, həm də humanitar sahələrində başqa məsələlər də var.
“Gəlin bunlardan danışaq. Sizi alqışlayıraraq, RF-da uğurlu səfər arzulayıram”,- deyə Baş nazir qeyd edib.
Karen Karapetyan rus tərəfdaşına Moskvaya dəvəti və qəbulu üçün təşəkkür edib.
ER baş nazir, Medvedevi yenidən “Edinaya Rosiya” partiyasının sədri seçilməyi münasibətilə təbrik edərək, uğur arzulayıb və əmin olduğunu bildirib ki, hər şey yaxşı olacaq.
“Bugünkü görüş əməkdaşlığımızın prosesini müzakirə etmək üçün yaxşı vasitədir”,-deyə Karapetyan bəyan edib.