Moskvada SSJ 100-ə əsasən yeni erməni aviyaşirkətinin yaradılma məsələsi müzakirə olunur

ER İqtisadi İnkişaf və İnvestisiya naziri Suren Karayan Moskvada Rusiya Federasiyasının Sənaye və ticarət naziri Denis Manturovla görüşüb.
Bu haqda ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyindən məlumat verilib.
Görüşdə nazir deyib ki, bu görüş iki ölkənin Baş nazirləri tərəfindən qəbul edilən qərarlarını müzakirə etməyə imkan verəcək.
“Bir neçə məsələlər müzakirə etmək istərdim. İlk öncə kənd təsərrüfatı texnikalarının sahəsindəki əməkdaşlığı, ikinci isə, SSJ 100-ə əsasən yeni aviyaşirkətinin yaradılma məsələsi. Ermənistan-Rusiya birgə fondunun formallaşdırılmasını da müzakirə etmək istərdim”,-deyə Suren Karayan bildirib.
Görüş zamanı nazirlər təsdiq ediblər ki, “Комбайновый завод Ростсельмаш” şirkəti Ermənistana kənd təsərrüfatı məsələləri üçün daha səmərəli və əlverişli həllər təsqid edəcək.
Bundan başqa, hazırda “Гражданские самолеты Сухого” və “Согласие” şirkətləri ilə SSJ 100 təyyarələri ilə erməni milli aviyaşirkətinin yaradılması üçün bir neçə tədbirlər görəcəklər.
Proqramın həyata keçirilməsi üçün tərəflərin nümayəndələri ilə artıq birgə işçi qrupu yaradılıb və layihənin yol xəritəsi hazırlasnmışdır.
İki ölkə Baş nazirlərinin görüşündə ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi və RF Sənaye Nazirliyi arasında saziş imzalanacaq.