Siyasət

Vəkil: Aleksandr Lapşinin ekstradisiyasına dair prokurorluğun qərarından apellyasiya şikayəti veriləcək

Aleksandr Lapşinin ekstradisiyasına dair Belarus Prokurorluğunun qərarından apellasiya şikayəti veriləcək.

Bu haqda News.am-in müxbirinə Lapşinin vəkili məlumat verib.

Vəkil qeyd etdi ki, bu qərarı yanvarın 17-də alınmışdı, Aleksandr Lapşin isə, qərarla yanvarın 18-də tanış olmuşdu. Belarusun qanunlarına görə, vəkillər qərardan 10 gün ərzində şikayət verə bilərlər. “Bu qərardan əlbəttə ki apellyasiya şikayəti verəcəyik”,-deyə vəkil bəyan edib.

Xatırlataq ki, daha öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi Aleksandr Lapşinin saxlanılmasına və ekstradisiyasına qarşı olduklarını bildirərək ifadə azadlığının qorumasına əhəmiyyət veriblər.

2011-2012-ci illərdə Artsaxa getdiyindən sonra Lapşin Azərbaycanın “qara siyahısına” daxil edilmişdi, lakin 2016-cı il iyun ayında o Ukrayna pasportuyla Azərbaycana getmişdi. Sonra isə, Azərbaycan hakimiyyəti haqqında tənqid məqalə yazmışdı. Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, ekstradisiya olunmasını tələb edirdi.

Daha çox göstər
Back to top button