Əliyevi ticarət üçün Strasburq yerinə yeni bazarlar tapmağa çağırırıq: Samvel Farmanyan

“Aydındır ki, mətbuat azadlığı demokratiyanın əsasıdır. Əgər mətbuat azadlığı varsa, demokratiyanın şansı var. Əgər jurnalistlərin işıqlandırma imkanları yoxsa, demokratiya təhlükədədir və çox millətlər öz avtokrat rejimlərin girovları olurlar”. Bunu AŞPA-da “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatının müzakirələrində ER nümayəndə həyetinin üzvü Samvel Farmanyan bildirib.
S.Farmanyan qeyd etdi ki, Ermənistan haqda danışmayacaq, çünki xoşbəxtlikdən, hesabatda Ermənistana heç bir istinad yoxdur və Ermənistanda mətbuat azadlığının yaxşı indeksi var.
“Mən hesabatda olan Dağlıq Qarabağ haqqında danışacağam. Mən bunun çox manipulativ olduğunu deyə bilirəm. Cənab Ariyev mətbuat azadlığına dair hesabatda qeyd edir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi və qanunsuz ərazidir. Aydındır ki, bu, Azərbaycan hakimiyyətinə lazımdı, lakin düşünməyin ki, Azərbaycan hakimiyyəti mətbuat azadlığından narahatdır. Yox, onlar daha çox Dağlıq Qarabağdakı mətbuat azadlığından narahatdırlar. Hamımız da Azərbaycandakı vəziyyəti çox yaxşı bilirik. Bu, həqiqətən gülməlidir.
Başqa bir sual da var: “Cənab Ariyev bunu niyə yazıb?”. Təəssüf ki, bunun səbəbi, Dağlıq Qarabağa edilmiş səfəri deyil. O, “Freedom House”-in hesabatından bilə istifadə etməyib. O hesabatda Qarabağın Azərbaycandan daha yaxşı indeksi vardı. Azərbaycan KİV-lərinə verdiyi müsahibədən görürük ki, o, İlham Əliyevdən üzr istədi və nənəsinin azərbaycanlı olduğunu bildirdi. Bunlar onun sözləridir. Xatırlamalıyıq ki, biz cəbhədə deyilik, biz girov deyiliq və mən Ermənistan-Azərbaycan döyüşlərindən yorğun olduğunuzu bilirəm”,-deyə Samvel Farmanyan bildirib.
“Gəlin, Əliyevi ticarət üçün Strasburq yerinə yeni bazarlar tapmağa çağıraq”