2019-cu ildə Ermənistan-İran və Ermənistan-Gürcüstan elektrik veriliş xətləri istismara veriləcək: Serj Sarkisyan
Energetika sahəsi Ermənistan Respublikası iqtisadiyyatının ən əhəmiyyətli sektorlarında biri olaraq son illərdə böyük nailiyyətlər əldə erdi.
Bu haqda Yerevanda başlanmış “Energetika həftəsi-2017” tədbiri çərçivəsində keçirilən konfransda ER Prezidenti Serj Sarkisyan bildirib.
Prezidentin sözlərinə görə, energetika sahəsində aparılan işlər Ermənistanın energetik təhlükəsizlik səviyyəsinin qaldırması, etibarlı və fasiləsiz xidmət göstərməsi istiqamətindədirlər.
Dövlət başçısı qeyd etdi ki, əhəmiyyətli olan yüksək gərginlikli yarımstansiyaları beynəlxalq təşkilatların dəstəyi ilə tamamilə modernləşdirilmişdir. Bundan başqa, bu sahədə yeni elektrik veriliş xətləri tikilmək, yeni texnolohiyalar investisiya etmək üçün davamlı işlər aparılır.
Serj Sarkisyanın fikrincə, regionda da Ermənistan İran və Gürcüstanla əməkdaşlıq edir.
“2019-cu ildə Ermənistan-İran və Ermənistan-Gürcüstan elektrik veriliş xətləri istismara veriləcək. Bunlar Ermənistanın energetik sistemini yeni səviyyəsiyə qaldıracaklar”,-deyə ER Prezidenti bildirib.
Serj Sarkisyan deyib ki, Ermənistan AİB-ə üzv ölkə olaraq İran İslam Respublikası və Avrasiya İqtisadi Birliyi arasında xüsusi bir körpü ola bilər. Prezidentin deməsinə görə, bu faktor yerli, eləcə də özəl sektorlarda bir neçə investisiya layihələrinin həyata keçirilməsi üçün imkanlar yaradır.
Qeyd edək ki, “Energetik həftə-2017” tədbirləri Ermənistanın bərpa olunan enerji və enerji səmərəliliyi fondunun, “ExpoMedia” sərgilərinin planlanma mərkəzinin təşəbbüsü ilə həyata keçirilirlər.
Tədbir çərçivəsində Ermənistanın enerji və enerji səmərəliliyi sahəsində əldə edilmiş son inkişaflar və cari məsələlər və investisiya prespektivləri təqdim ediləcək.