Siyasət

ABŞ Dövlət katibinin namizədi Reks Tilerson soyqırım haqqında suallara cavab verib

İyunun 23-də ABŞ Senatının xarici işlər üzrə komissiyası Exxon Mobil neft şirkətinin keçmiş rəhbəri Reks Tilersonun ABŞ Dövlət katibi namizədliyni müdafiə edib. Tilersonun leyhinə 11 Respublikçı, 10 Demokrat isə əleyhinə səs verib.

“New Cersinin senatoru Robert Menendezin sualına cavab olaraq, Tilerson deyib: “1915-ci ilin faciəli vəhşilikləri Ermənistan və Türkiyə münasibətlərinin arasında ciddi  problem olaraq qalır. Iki ölkə arasındakı stabil münasibətlərin təmin edilməsi ABŞ üçün də yararlıdır. Qalib gəlsəm,  əhatəli şəkildə tarixi olayları araşdıraraq, regional sabitliyi naminə Ermənistan və Türkiyə arasında dialoqa başlayacağam”.

Türkiyədə azadlıqların ayaqlar altına atılmasına xüsusi diqqət verərək, dövlət katibinin namizədi aydın şəkildə işarə edib ki, Türkiyə hökümətinin son addımlarından çox narahatdır.

“Vicdan azadlığı Amerikanın, eyni zamanda dünyanın hər hansı sahəsinin və beynalxalq sabitliyin əsas prinsipidir. Qalib gəlsəm, Türkiyə ilə dini azlıqların və onların mədəni irsinin müdafiə edilməsi istiqamətində çalışacağam”,- deyə Tilerson bəyan edib.

Daha çox göstər
Back to top button