Al.Lapşin Belorus baş prokurorunun hökmünə qarşı şikayət edib

Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşin Belorus baş prokurorunun Bakının tələbiylə onu Azərbaycana ekstradisiya edilməsiylə bağlı hökmünə qarşı çikayət edib.
Bu haqda Sputnik Belorus xidməti Minskin şəhər məhkəməsinə istinadən bildirib.
“Lapşinin şikayəti Minskin şəhər məhkəməsinə çatıb”-deyərək Sputnikə şəhər məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvya bəyan edib.
O, qeyd edib ki, şikayət Minskin şəhər məhkəməsində yanvarın 26-da qapalı məhkəmə müşavirəsində araşdırılacaq.
Lapşinin müdafiəsini israilli və rusiyalı vəkillər həyata keçirir.Belorus Qanun Məcəlləsinə əsasən o, həmçinin Belorusun Ali məhkəməsinə də şikayət edə bilər.
Minsk polisi 2016-cı il dekabrın 15-də Lapşini həbs edib.Lapşin Moskvada yaşayır və nüfuzlu Travel Blog üçün yazır.
O, Azərbaycanda 2011-ci il aprelindən axtarışdadır.2012-ci il oktyabrından və 2016-cı ilin iyunundan Dağlıq Qarabağa getdiyi, eləcə də öz blokunda Azərbaycanın siyasətçiliyini tənqid etdiyi üçün günahkar sayılır.
Rəsmi Bakı Belorus hakimiyyətindən Lapşini özlərinə ekstradisiya etmək tələbini edib.
Belorus Respublikasının baş prokurorunun müavini Azərbaycan Respublikası baş prokurorluğunun tələbini təmin etmişdir.
Rusiya Federasiyası və İsrail dövlətinin vətəndaşı Aleksandr Lapşinin ekstradisiyasına dair Azərbaycanın istintaq məcəlləsinin 281,2 və 318,2 maddələriylə cinayət məsuliyyətinə cəlb olunub.