BaşlıcaEkonomika

Karen Karapetyan Dmitri Medvedyevi Yerevana dəvət edib

Rusiya və Ermənistan investisiya əməkdaşlığı üzrə birgə fond yarada bilər.

Bu haqda TASS-ın verdiyi məlumata görə RF baş naziri Dmitri Medvedyev bəyan edib.

“İnvestisiya əməkdaşlığı istiqamətində məsələləri müzakirə etmişik.Həmin məqsədlər üçün xüsusi fond yaratmaq ideyası var.

Biz şərtləşmişik ki, profili olan ali idarələrə imkan yaradaq ki, oxşar fond yaradılması imkanlarını analiz edərək onun maliyyələşdirmə qaynaqlarını nəzərdən keçirsinlər”-deyərək Medvedyev bəyan edib.

RF baş nazirinin sözlərincə Rusiyayla Ermənistanın kənd təsərrüfatı kompleksində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensialları var.

Karen Karapetyan Dmitri Medvedyevi cavab səfəriylə Yerevana dəvət edib.

“Fürsətdən istifadə edərək istəyirəm Sizi rəsmi səfərlə Yerevana dəvət edim”-deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button