Artsax Hökuməti MO mövqelərinin abadlaşdırılmasına 1,5 milyard dram verəcək

Artsax Hökuməti 2017-ci il fəaliyyət layihələrini təsdiq etdi. Qərara görə, Müdafiə Ordusunun ön cəbhəsinin abadlaşdırılmasına və torpaq işlərinin keçirilməsinə 1,5 milyard dram veriləcək. Bu haqda Artsax Hökumətinin rəsmi saytı məlumat yayıb.
Artsax Baş nazirinin sözçüsü Artak Beglaryan Razm.info-yə müsahibədə qeyd etdi ki, bu pul ön cəbhənin abadlaşdırılması üçün bütün pulu deyil. MO-nun ön cəbhəsində aparılan işlərə apreldə Artsax Hökumətinin açdığı xüsus fondundə toplanmış pulları da verilir.
Beglaryanın deməsinə görə, tikinti şirkətləri ön cəbhədə böyük həcmdə işlər aparırlar. Artsax Hökumətinin fond ilə bağlı hesabatlarında bu rəqəmlər yoxdur, çünki şirkətlər bu işləri könüllü edirlər.
Xatırlataq ki, 2016-cı ildə Müdafiə Ordusunun ön cəbhəsində aparılmış işlər avqust ayında ER Parlamentinin bir neçə deputatlarına, QHT-lara və KİV-lərə təqdim edilmişdi.