İctimaiyyət

Türk gənci Erməni Soyqırımı barədə: “Bəli, Erməni Soyqırımını tanıyıram, lakin mən bu barədə çox şey bilmirəm”

İzmirli 22 yaşlı fotoqrafçı Bekir Arme Ögüt “Bridging Stories” adlı proqramın çərçivəsində Ermənistana gəldi. Əvvəl Dilicanda oldu, sonra Erevana gəldi.

Tert.am-a müsahibəsində o qeyd etdi ki, məşhur ermənilərdən Arto Tuncboyacyanı tanıyır. Onun öyrəndiyi institutda da  bir erməni dostu var.

“Mən Türkiyə Böyük Milli Məclisində erməni milət vəkillərini də tanıyıram, lakin onlarla maraqlanmıram. Siyasət mənim üçün iyrəncdir.Ermənilərlə ünsiyyətdə heç bir problemim yoxdur”- deyə o qeyd etdi.

Xatırlataq ki, o Ermənistanda ABŞ səfirliyinin himayəsi altında təşkil edilən “Bridging Stories” adlı proqramda iştirak etdi. Proqram çərçivəsində erməni və türk fotoqrafçıları da kurslarda iştirak ediblər. Proqramın sonunda onların fotoları nümayiş edildi.

Türk fotoqrafçının sözlərinə görə, erməni və türk xalqlarının əlaqələri  normallaşmalıdır. O, qeyd etdi ki, Türkiyədə Ermənistan haqqında çox az danışılır.

“Biz Ermənistan, Erməni Soyqırımı barədə danışmırıq, cünki türklər Erməni Soyqırımını tanımaq istəmirlər. Mən Soyqırım haqqında heç nə bilmirəm, mən 22 yaşındayam və heç kəsi öldürmək istəmirəm. Bu mənim fikrimdir”- deyə o qeyd etdi.

Eyni zamanda türk gənc bildirdi ki, proqram haqqında valideynləriylə danışarkən onlar mənə yaxşı fikirdir, gedə bilərsən dedilər.

Erməni Soyqırımının tanınması ilə bağlı suala cavab olaraq  o dedi: “Bəli, Erməni Soyqırımını tanıyıram, lakin Soyqırım barədə çox az şey bilirəm. Wikipediada nə varsa, onu bilirəm. Mən bu haqda danışmaq istəmirəm, bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur”- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button