Edvard Nalbandyan və Mikael Jan Ermənistanda keçiriləcək Frankofonia zirvəsinin hazırlıqlarını müzakirə ediblər

Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan yanvarın 25-də Parisdə Frankofoniya Beynəlxalq təşkilatının baş katibi Mikael Jan ilə görüşüb.
Bu haqda ER Xarici işlər Nazirliyinin Mətbuat, İnformasiya və İctimaiyyətlə əlaqədər şöbəsindən məlumat verilib. Şöbənin verdiyi informasiyada qeyd edilir: “ Frankofoniya Beynəlxalq Təşkilatının baş direktoru və katibliyinin baş məsullarının iştirakı ilə keçirilmiş görüş 2018-ci ildə Ermənistanda keçiriləcək Frankofoniya zirvəsinin hazırlıq işlərinə həsr olunmuşdur”.
Edvard Nalbandyan Mikael Jana bildirdi ki, Ermənistanda Frankofoniya zirvəsinə tam məsuliyyətlə yanaşılır. Bu məsələ dekabr ayında keçirilmiş ER Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasına daxil olundu və bunun nəticəsində dövlət başçısı zirvənin hazırlıq işlərini kordinasiya edən idarələrarası komissiya yaratmaq üçün təlimat verib.
Tərəflər zirvənin keçirilməsi ilə bağlı mümkün tarixləri müzakirə ediblər. Onlar zirvənin hazırlıq işləri ilə bağlı çoxsaylı məsələlərə də toxunublar.
Edvard Nalbandyan və Mikael Jan Frankofoniya Beynəlxalq Təşkilatının zirvəsinin hazırlıq işləri qrupunun Yerevana ilk səfəri ilə bağlı razılaşmaya çatıblar.
Görüş zamanı tərəflər noyabr ayında Antananarivuda keçirilimiş Frankofoniya zirvəsinin nəticələrinə, qəbul edilmiş qərarlara da toxunublar. Edvard Nalbandyan və Mikael Jan Frankofoniya Beynəlxalq Təşkilatının fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar”.