Beynəlxalq
ER MDB ölkələri ilə fundamental tədqiqat sahəsində əməkdaşlıq sazişi imzalayacaq

ER Hökuməti “Fundamental tədqiqat sahəsində MDB ölkələri ilə dövlətlərarası münasibətlərini kordinasiya edən” sazişin imzalanması təklifini təsdiq etdi.
ER Təhsil və Elm naziri qeyd etdi ki, sazişin imzalanması elm və texnologiya sahəsində MDB ölkələri ilə əməkdaşlığın inkişafı və möhkəmlənməsi üçün çox əhəmiyyətli addımdır.
“Armenpress”-in bildirdiyinə görə, saziş MDB ölkələri ilə ümumi elmi sahənin inkişafı və möhkəmlənməsi üçün bir fürsətdir.
İmzalanmış saziş fundamental tədqiqat edən kadrların peşə hazırlığı keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsinə təşviq edəcək.