İspaniyanın Sabadell şəhəri Erməni Soyqırımını tanıdı

İspaniyanın Kataloniya regionunun Sabadell şəhəri yanvarın 23-də Erməni Soyqırımını tanıdı. Bu haqda İspaniyada Ermənistan Respublikasının səfirliyi bildirdi.
Sabadell bələdiyyəsində təmsil edilən bütün siyasi qüvvələrin liderləri birgə bəyanat imzalayıblar. Qəbul edilmiş bəyanatla keçmişdə baş verənləri bəşəriyyətə qarşı cinayət kimi hesab olunub.
Bəyanatda qeyd edilir: “Dünyanın hər hansı bir bucağında, hər hansı bir irqi və ya dini nümayəndələrə qarşı cinayətlər törətməmək üçün bəşəriyyətə qarşı törədilmiş hər hansı bir cinayət məhkum olunmalıdır.Sabadell şəhər hakimiyyətləri rəsmən Erməni Soyqırımını tanıdılar.
Sənədin müəllifi «Ciudadanos» partiyasıdır. Partiyanın sözcüsu Adrian Ernande qeyd etdi ki, bu məsələdə Şəhər Şurasında təmsil edilən ortaq partiyaların dəstəyini alqışlayır. Bununla Sabadell şəhəri Erməni Soyqırımını tanıyan digər ispan şəhərlərinin siyahısına daxil olundu.