Siyasət

ABŞ-da ER səfiri Minsk qrupunun yeni həmsədri Hoqland ilə görüşüb

Amerika Birləşmiş Ştatlarındakı Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qriqor Hovhannisyan yanvarın 24-də ATƏT Minsk qrupunun ABŞ-nın yeni təyin edilmiş həmsədri Riçard Hoqlandı qəbul edib.

Bu haqda ABŞ-da ER səfirliyinin rəsmi Facebook səhifəsində yazılır.

“Cənab Hoqland önümüzdəki beş ildə Minsk qrupunun Rusiya və Fransanın həmsədrlərinə birləşəcək. Baş diplomat olaraq o, Minsk qrupunun işlərində MDB və Mərkəzi Asiya barədə dərin elmləri və təcrübəsilə böyük dəstək verəcək”,- deyə səfirliyin saytında yazılır.

Daha çox göstər
Back to top button