Siyasət

Belarusun Kamberadakı səfirliyinin önündə ermənilər sükutla etiraz aksiyasını təşkil edib

Avstraliyadakı erməni cəmiyyətinin nümayəndələri bloqer Aleksandr Lapşini susdurmaq cəhdi edilməsinə qarşı  Kanberadakı Belarus səfirliyinin önündə etirazlı sükut aksiyasını təşkil edib.

Tədbirdə Avstraliyada DQR məsələləri üzrə nümayəndə Aleks Qalitski iştirak edib.

Daha əvvəl Erməni Hay Dat(Milli komitə) komitəsi hökuməti  də Azərbaycanın davranışını tənqid etməyə çağırıb.

“Erməni Milli komitəsi Avstraliya hökümətini,  insan hüquqlarının müdafiə edilməsi üzrə təşkilatların nümayəndələrini söz azadlığı hüququnun kobud pozuntuları üçün beynəlxalq səviyyədə Azərbaycanın diktator siyasətini tənqid etməyə çağırır”,-deyə Avstraliyadakı Erməni Hay Dat komitəsinin müdiri Vaçe Kahramanyan bəyan edib.

Daha çox göstər
Back to top button