Ermənistan-Rusiya birgə aviaşirkətinin yaradılması ilə bağlı məsələ müzakirə edilir

ER Hökuməti Rusiya tərəfi ilə Ermənistan-Rusiya birgə aviaşirkətinin yaradılması ilə bağlı məsələni müzakirə edir.
Bu haqda jurnalistlərə müsahibəsində ER Nəqliyyat, rabitə və İnformasiya texnologiyaları naziri Vahan Martirosyan bildirdi.
Erməni tərəfində əməkdaşlıq etmək istəyən şirkət olduğu ilə bağlı suala gəlincə, nazir cavab verdi.”Əgər Hökumət Rusiya ilə birgə aviaşirkətin yaradilması üçün hazırdırsa, əməkdaşlığa hazır olan Ermənistan şirkətləri əlbəttə olacaq”.
Nazir əlavə etdi ki, Rusiya tərəfi ilə “Suxoy supercet” şirkəti ilə birgə aviaşirkətin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
SSJ 100 təyyarə əsasında yeni aviaşərkətin yaradılması ilə bağlı məsələlər Moskovada ER İqtisadi inkişaf və İnvestisiya naziri Suren Karayan və RF Ticarət və sənaye naziri Denis Manturovun görüşü zamanı müzakirə edilib.