Təhlil

Ermənistanın yeni Höluməti azad, ədalətli və rəqabətli biznes mühiti yaratmaq niyyətindədir: Karen Karapetyan

Ermənistanın yeni Hökuməti azad, ədalətli və rəqabətli biznes mühiti yaratmaq niyyətindədir. Bu barədə Britaniyanın nüfuzlu «The Banker» jurnalınıa müsahibəsində ER Baş naziri Karen Karapetyan bildirib.

“İqtisadi hansı təşəbbüsləriniz və proqramlarınız vardır?” sualına Baş nazir cavab verib ki, “Bir neçə əsas mövzular vardır ki, vurğulamaq istərdim. Biz azad, ədalətli və rəqabətli biznes mühiti yaratmalıyıq. Biz əminik ki, millətimizin yaradıcı potensialı ilə yerli biznesdə həqiqətən sürətli artım qeyd olunacaq. Bundan başqa, əgər biz aydın siqnallar göndərsək, xarici investorlar özləri üçün uyğun şəraitlərlə Ermənistan bazarına cəlb olunacaqlar”.

ER Baş naziri qeyd etdi ki, biznəs, bəlkə də, hakimiyyət üçün qeyri-ənənəvi yollarla təşviq edilməlidir. “Biz müxtəlif sahələrin (məsələn kənd təsərrüfatı) maliyyələşdirilməsini təmin edən xüsusi fondlar yaradmaq niyyəətindəyik. Strateji Təşəbbüslər Mərkəzində özəl və dövlət sektorunun istedadlı nümayəndələrin iştirakı ilə uzunmüddətli layihələr və islahatları müzakirə edərərk Ermənistanın hansı istiqamətdə hərəkət edəcəyinə dair qərar alırıq”.

Daha çox göstər
Back to top button